Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi. Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub. 1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi.
Ağ Qartal Ordeni (Serbiya) | |
---|---|
serb. Орден белог орла | |
|
|
Ölkə | Serbiya |
Tip | orden |
Kimə verilir | Serbiya/Yuqoslaviya vətəndaşlarına və xarici millətlərə |
Statistika | |
Təsis tarixi | 23 yanvar 1883 |
İlk təltif |
|
Ardıcıllıq | |
Yüksək mükafat | "Müqəddəs knyaz Lazar" ordeni[d], "Karageorgi ulduzu" ordeni[d] |
Aşağı mükafat | "Takovo xaçı" ordeni[d], Müqəddəs Sava ordeni[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər. Orden beş dərəcədə təşkil olunub.